satellite   Azerspace-1: 11135 H 30000

Kral Hərbi Dəniz Qüvvələri Bəhreyn limanında bir gəminin vurulduğunu təsdiqləyib

Kral Hərbi Dəniz Qüvvələri Bəhreyn limanında bir gəminin vurulduğunu təsdiqləyib

Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi Bəhreyn limanında bir gəmiyə hücum edildiyini bildirib.

NTV xəbər verir ki, bu barədə Dəniz Ticarət Əməliyyatları Mərkəzinin açıqlamasında deyilir.

“Böyük Britaniya Hərbi Dəniz Qüvvələri Bəhreyn limanında baş verən hadisə ilə bağlı məlumat alıb. Təhlükəsizlik zabiti gəmiyə iki raketin düşdüyünü və yanğına səbəb olduğunu deyib. Hazırda yanğın söndürülüb, heyət üzvləri təhlükəsiz yerə təxliyə olunublar. Faktla bağlı araşdırma aparılır”, - deyə açıqlamada vurğulanır.

Hadisə ilə bağlı əlavə təfərrüat verilməyib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM