İsrail İranla aralarında davam edən münaqişə şəraitində hava məkanının mərhələli və nəzarət altında bərpası barədə qərar qəbul edib. Bu, təhlükəsizlik tədbirləri nəzərə alınmaqla və hərbi qurumlarla razılaşdırılmaqla səmanın qismən açılmasını nəzərdə tutur.
NTV İsrail mediasına istinadla xəbər verir ki, “El-Al” aviaşirkəti bazar ertəsi Şimali Amerika, Avropa və Asiyada onlarla xilasetmə reysini həyata keçirməyə hazırlıq görüldüyünü bildirib. Məlumatda qeyd olunub ki, ordu səmanın açılmasına icazə verdikdən dərhal sonra bu reyslərin həyata keçirilməsi mümkün olacaq.
Qeyd edək ki, fevralın 28-də İsrail və ABŞ İran ərazisinə hava zərbələri endirməyə başladığını bəyan edib. Buna cavab olaraq İran İsrail şəhərlərinə, həmçinin Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı və İordaniyada yerləşən ABŞ hərbi bazalarına zərbələr endirib.
