İsrail Müdafiə Ordusu hazırda eyni vaxtda İran və Livanın paytaxtları - Tehranla Beyruta zərbələr endirdiyini bəyan edib.
NTV xəbər verir ki, bu barədə ordunun sosial şəbəkələrdəki məlumatında bildirilib.
Məlumata əsasən, İsrailin Hərbi Hava Qüvvələri Tehranda İranın hərbi obyektlərinə, həmçinin Beyrutta "Hizbullah"ın mövqelərinə zərbələr endirməyə başlayıb.
