İndoneziyanın sahillərində 6,1 maqnitudalı zəlzələ olub.
NTV xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Təbii fəlakətin episentri 15 min nəfərin yaşadığı Sinabanq şəhərindən 66 km cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 26 km dərinlikdə qeydə alınıb.
Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.
