satellite   Azerspace-1: 11135 H 30000

Mayda Türküstanda TDT-nin Zirvə görüşü keçiriləcək

Mayda Türküstanda TDT-nin Zirvə görüşü keçiriləcək

Türk Dövlətləri Təşkilatı liderlərinin Zirvə görüşü mayın ortalarında Türküstanda keçiriləcək.

NTV-nin Akordaya istinadən verdiyi məlumata görə, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Türküstan vilayətinin ictimaiyyəti qarşısında çıxış edərkən bildirib.

“Dünyadakı mövcud qeyri-sabit vəziyyət şəraitində bu beynəlxalq tədbir xüsusi əhəmiyyət kəsb edir. Hökumət və akimat bu sammitin keyfiyyətli təşkilinə birinci dərəcəli diqqət yetirməlidir”, - deyə dövlət başçısı vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM