satellite   Azerspace-1: 11135 H 30000

İran ətrafındakı böhran Türkiyənin turizm sektoruna zərbə vurur

İran ətrafındakı böhran Türkiyənin turizm sektoruna zərbə vurur

 

İran ətrafındakı böhran Türkiyənin turizm sektoruna əhəmiyyətli dərəcədə təsir göstərir.

 

NTV  xəbər verir ki, yaz bayramlarına baxmayaraq, Şərqi Anadoluda otellərin doluluq nisbəti 90 faizdən 20 faizə düşüb. Tur operatorları qeyd edirlər ki, Novruz bayramında ənənəvi olaraq müşahidə edilən İrandan gələn aktiv turist axını dayanıb. İranla hər üç sərhəd keçid məntəqəsi piyadalar üçün bağlıdır. Yalnız yük maşınlarının sərhədi keçməsinə icazə verilir.

 

Türkiyənin şərq əyalətlərində İran bazarına yönəlmiş bəzi sahibkarlar da gəlirlərinin azalmasından narahatlıqlarını bildirirlər.

 

Türkiyə Daxili İşlər Nazirliyi və Milli Müdafiə Nazirliyi İranla dövlət sərhədində nəzarəti daha da gücləndirib. Son məlumata görə, nəzarət məntəqəsində və ya Türkiyənin bütün şərq sərhədi boyunca qaçqın axını da daxil olmaqla, heç bir mənfi proses qeydə alınmayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM