satellite   Azerspace-1: 11135 H 30000

Rəcəb Tayyib Ərdoğan: Ümid edirəm ki, Novruz bayramı bölgədəki müharibələrə son qoyulmasına töhfə verəcək

Rəcəb Tayyib Ərdoğan: Ümid edirəm ki, Novruz bayramı bölgədəki müharibələrə son qoyulmasına töhfə verəcək

Ümid edirəm ki, Novruz bayramının simvolizə edildiyi bahar insanların qəlbinə ümid qatacaq, cəmiyyətlərimizə sülh və planetimizə harmoniya gətirəcək.

NTV xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 21-də Qaziantep əyalətində təşkil olunan Novruz bayramı münasibətilə keçirilən şənliklərin iştirakçılarına videomüraciətində bildirib.

O xatırladıb ki, ötən il Türkiyə Prezidentinin himayəsi altında İstanbulda Novruz bayramı ilə bağlı genişmiqyaslı tədbirlər təşkil olunub, bu il isə ölkənin cənubundakı Qaziantep şəhəri bayram tədbirinin keçiriləcəyi yer seçilib.

“Müxtəlif ölkələrdən olan qardaş və bacılarımızı bu bahar bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Ümid edirəm ki, Novruz bayramı təbiətin dirçəlişinin simvolu olaraq ölkəmizə, qədim diyarımıza və bütün bəşəriyyətə sülh, əmin-amanlıq və firavanlıq gətirəcək. Bu gün bu bayramın təkcə Türkiyədə deyil, həm də qonşu dövlətlərdə yeni başlanğıcların simvolu kimi qəbul edilməsindən ürəkdən şadıq”, - deyə dövlətimizin başçısı qeyd edib.

Onun sözlərinə görə, Türkiyənin 81 əyalətinin sakinləri Novruz tonqalları ətrafında Türk dünyasının bütün guşələrində olduğu kimi, eyni hisslərlə toplaşırlar. “Bu həmrəylik hissinin gücləndirilməsi istiqamətində bir addım olaraq, Novruz bayramını bütün Türk dünyası tərəfindən qeyd olunan ortaq bir tarixə çevirdik”, - deyə o bildirib.

Türkiyə Prezidenti Türk dünyasında birlik və dialoqun əhəmiyyətini bir daha vurğulayaraq, bu il Türkiyədə keçirilməsi planlaşdırılan Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünü xatırladıb.

“Ümid edirəm ki, Türkiyədə keçiriləcək “ailə şura”mızın qarşıdan gələn Zirvə görüşü mövcud tempi sürətləndirəcək. Fürsətdən istifadə edərək, Türkiyə vətəndaşları ilə birlikdə Azərbaycandan tutmuş Qazaxıstana qədər, Qırğızıstandan tutmuş Özbəkistana qədər, Türkmənistandan tutmuş Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstana qədər bütün dostlarımızı və qardaşlarımızı Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. Həmçinin Suriya və İraqdakı qardaşlarımızı, eləcə də hazırda müharibənin yaratdığı problemlərlə mübarizə aparan İran xalqını təbrik edirəm. Ümid edirəm ki, bu əlamətdar gün bölgədəki müharibələrin sona çatmasına töhfə verəcək”, - deyə Rəcəb Tayyib Ərdoğanın videomüraciətində qeyd olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM