İraqın əz-Zəvra Heyvanat Parkında Sibir pələngi yeniyetməni ağır yaralayıb.
NTV yerli mediaya istinadla xəbər verir ki, hadisə bu gün baş verib.
Zooloji parkdan verilən xəbərə görə, ziyarətçilərdən biri dostları ilə birlikdə təhlükəsizlik hasarını keçərək yırtıcı heyvanlara baxan işçilər üçün ayrılmış əraziyə daxil olub. O, Sibir pələnglərindən birinə yaxınlaşıb və onu qıcıqlandırmağa cəhd edib. Nəticədə heyvan onun ayağından tutaraq qəfəsin içərisinə çəkib. Ağır yaralanan yeniyetmə oğlanı vəhşinin caynaqlarından güclə xilas etmək mümkün olub.
Bildirilib ki, hadisə ərazidə təhlükəsizlik qaydalarının açıq şəkildə pozulması nəticəsində baş verib. Mühafizəçilər və işçi heyət tərəfindən vəziyyətə müdaxilə edilib, şəxs xilas olunaraq müalicə üçün xəstəxanaya çatdırılıb. Onun vəziyyəti hazırda stabildir və lazımi tibbi yardım alır.
