Samoa paytaxtı Apiadan (Upolu adası) 204 km cənub-qərbdə, Sakit okeanda 5,5 bal gücündə zəlzələ baş verib.
NTV xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Tafahi adasından (Tonqa Krallığı) 127 km şimal-şərqdə yerləşib.
Episentrdəki təkanların intensivliyinə əsasən, zəlzələ "çox güclü" kimi qiymətləndirilir.
ABŞ Geoloji Xidməti zəlzələnin gücünü 5,9 bal olaraq qiymətləndirib, ocağı isə 13 kilometr dərinlikdə yerləşib.
