ABŞ İranın Xarq adasını ələ keçirmək üçün quru əməliyyatı keçirməyi nəzərdən keçirir.
NTV xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.
Məlumata görə, ABŞ-ın yüksəkvəzifəli rəsmiləri son günlərdə İsrail və digər ölkələrdəki həmkarlarına Vaşinqtonun adanı ələ keçirmək üçün quru hərbi əməliyyatına başlamaqdan başqa alternativinin qalmadığını bildiriblər.
ABŞ rəsmilərindən biri nəşrə açıqlamasında qeyd edib ki, ABŞ ordusu minlərlə dəniz piyadası və donanma heyətinin Yaxın Şərqə yerləşdirilməsi prosesini sürətləndirib.
Bundan əvvəl “Axios” ABŞ administrasiyasının İranın neft ixracının əsas mərkəzi olan Xarq adasını ələ keçirmək və ya təcrid etmək variantlarını nəzərdən keçirdiyini bildirmişdi.
Həmin məlumata görə, bu addımlar Tehranın Hörmüz boğazını açmağa təşviq edilməsi, həmçinin mümkün quru əməliyyatına hazırlıq məqsədilə İranın hərbi mövqelərinin zəiflədilməsi ilə əlaqələndirilir.
