satellite   Azerspace-1: 11135 H 30000

Havayda güclü daşqınlar nəticəsində 2000-dən çox insan elektriksiz qalıb

Havayda güclü daşqınlar nəticəsində 2000-dən çox insan elektriksiz qalıb

Son 20 ilin ən güclü daşqınlarından birinə səbəb olan leysan yağışlar nəticəsində 2000-dən çox Havay sakini elektriksiz qalıb.

 

NTV “Associated Press” agentliyinə istinadla xəbər verir ki, leysan yağışlar bir həftə əvvəl baş verən qış fırtınasından sonra yağıb, nəticədə yaranan sellər evləri və avtomobilləri aparıb. Səlahiyyətlilər bildirirlər ki, ümumi ziyan 1 milyard dolları keçə bilər. Bu ziyana yolların, hava limanlarının, məktəblərin və xəstəxanaların zədələnməsi də daxildir.

 

Daşqınlar Honolulunun şimalında 5500 nəfərin təxliyəsinə səbəb olub, lakin sonradan bu göstəriş ləğv edilib. Xilasedicilər suyun sürətlə yüksəldiyi ərazilərdən 200-dən çox insanı təhlükəsiz yerə təxliyə ediblər. Tələfat barədə məlumat verilməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM