satellite   Azerspace-1: 11135 H 30000

Thonqlun Sisulit yenidən Laosun Prezidenti seçilib

Thonqlun Sisulit yenidən Laosun Prezidenti seçilib

Laos Xalq İnqilab Partiyasının Mərkəzi Komitəsinin Baş katibi Thonqlun Sisulit yenidən ölkə Prezidenti seçilib.

 

NTV xəbər verir ki, 10-cu çağırış Laos Milli Assambleyasının martın 23-də başlayan ilk sessiyasında deputatların 99 faizi Thonqlun Sisulitin namizədliyini dəstəkləyib.

 

Milli Assambleya Soneksay Siphandonu isə Baş nazir vəzifəsinə seçib.

 

Martın 27-dək davam edəcək sessiyada ölkə gündəmindəki ən vacib məsələlərə dair qərarlar qəbul ediləcək.

 

Qeyd edək ki, 81 yaşlı Thonqlun Sisulit keçmiş SSRİ-də və Vyetnamda təhsil alıb, müxtəlif illərdə xarici işlər nazirinin müavini, əmək və sosial rifah naziri, xarici işlər naziri, Baş nazirin müavini vəzifələrində işləyib. O, 2016-cı ildə Baş nazir, 2021-ci ildə isə əvvəlcə Laos Xalq İnqilab Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, ardınca Prezident seçilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM