satellite   Azerspace-1: 11135 H 30000

Media: İran Hörmüz boğazından keçən gəmilər üçün rüsum almaq hüququnu axtarır

Media: İran Hörmüz boğazından keçən gəmilər üçün rüsum almaq hüququnu axtarır

İran ABŞ ilə mümkün dolayı danışıqlar çərçivəsində Hörmüz boğazından keçən gəmilər üçün rüsum tətbiq etmək imkanını gündəmə gətirib.

 

NTV xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadla məlumat yayıb.

 

Nəşrin yazdığına görə, ərəb ölkələrinin nümayəndələri son günlər hər iki tərəflə ayrıca danışıqlar aparıblar. Onların qiymətləndirməsinə əsasən, ABŞ və İran arasında hələ də “ciddi fikir ayrılıqları” qalmaqdadır və bu, qismən Tehranın irəli sürdüyü tələblərlə bağlıdır.

 

Mənbələrin bildirdiyinə görə, Hörmüz boğazına nəzarət üçün “neytral regional komitə” yaradılması təklif olunur. Eyni zamanda, iddialara əsasən, İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) İrana boğazdan keçən gəmilərdən rüsum almağa imkan verəcək yeni mandatın verilməsini istəyir.

 

Bundan əlavə, nəşrin məlumatına görə, İİKK münaqişənin yenidən alovlanmamasını tələb edir, İsrailin Livandakı “Hizbullah” mövqelərinə zərbələrinin dayandırılmasını, Körfəzdəki ABŞ hərbi bazalarının bağlanmasını və dəymiş ziyana görə kompensasiyanın ödənilməsini irəli sürür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM