satellite   Azerspace-1: 11135 H 30000

Yaponiya dövlət neft ehtiyatlarından istifadəyə başlayır

Yaponiya dövlət neft ehtiyatlarından istifadəyə başlayır

Yaponiya Yaxın Şərqdəki gərginliyin enerji təchizatında yaratdığı çətinliklər fonunda martın 27-dən etibarən dövlət ehtiyatlarından nefti satışa çıxarmağa başlayacaq.

NTV xəbər verir ki, bu barədə Baş nazir Sanae Takaiçi Yaxın Şərqdəki gərginliyin Yaponiya iqtisadiyyatına təsirini yumşaltmaq yollarını müzakirə etmək üçün Nazirlər Kabinetinin martın 24-də keçirilən xüsusi iclasında bildirib. Baş nazir, həmçinin bildirib ki, Yaponiyada saxlanılan Yaxın Şərq ölkələrinə məxsus birgə neft ehtiyatlarından da ayın sonuna qədər istifadəyə başlanılacaq. "Yaxın Şərqdə sülh və sabitlik Yaponiya və beynəlxalq ictimaiyyət üçün son dərəcə vacibdir", - deyən Sanae Takaiçi əlavə edib ki, Tokio əlaqəli ölkələrlə sıx koordinasiyada bütün zəruri diplomatik səyləri göstərməyə və münaqişənin iqtisadi fəaliyyətə təsirini minimuma endirməyə çalışacaq.

 

Nazirlər Kabinetinin iclasında yanacaq qiymətlərinin artımının qarşısını almaq üçün subsidiyaların maliyyələşdirilməsi fondunun yaradılması üçün 800,7 milyard yen (təxminən 5 milyard ABŞ dolları) vəsaitin istifadəsinə də qərar verilib. Subsidiyalar benzin qiymətinin 190,8 yenə səviyyəsinə qalxaraq rekord həddə çatmasından sonra orta pərakəndə satış qiymətini təxminən 170 yenə endirmək üçün istifadə olunacaq.

 

Qeyd edək ki, Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin məlumatına görə, hökumət ölkə daxilindəki 11 neft bazasından bazara ümumilikdə 8,5 milyon ton nefti satmağı planlaşdırır. Yaponiya xam neft idxalının 90 faizdən çoxu Yaxın Şərqdən asılıdır və bunun əksəriyyəti Hörmüz boğazından keçir. Matın 11-də Baş nazir Sanae Takaiçi özəl sektorda saxlanılan 15 günlük ehtiyatların birtərəfli qaydada martın 16-dan satışa çıxarılacağını və biraylıq dövlət neft ehtiyatlarının da bazara buraxılacağını bildirmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM