satellite   Azerspace-1: 11135 H 30000

Əli Laricaninin yerinə təyinat olub

Əli Laricaninin yerinə təyinat olub

Məhəmməd Baqir Zülqədr İran Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin edilib.

NTV "NourNews"a istinadən xəbər verir ki, bu barədə İran Prezident Administrasiyasının Kommunikasiya və informasiya şöbəsinin direktor müavini Seyid Mehdi Təbatəbai bildirib.

Məlumata görə, o, əvvəllər Sepah komandirlərindən olub. Habelə Silahlı Qüvvələrin Baş Qərargahının Bəsic üzrə keçmiş müavini, 2012-2020-ci illərdə isə məhkəmə sistemində müxtəlif vəzifələrdə çalışıb.

Qeyd edək ki, İran Ali Milli Təhlükəsizlik Şurasının sabiq katibi Əli Laricani ABŞ və İsrailin fevralın 28-də başlatdıqları birgə əməliyyat nəticəsində martın 17-də səhər saatlarında öldürülüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM