satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna ordusu Baxmut-Slavyansk magistral yolundakı əsas yaşayış məntəqəsini azad edib

Ukrayna ordusu Baxmut-Slavyansk magistral yolundakı əsas yaşayış məntəqəsini azad edib

Ukrayna hərbçiləri Donetsk bölgəsindəki Minkovka kəndini Rusiya ordusundan təmizləməyi bacarıblar. Bu, Baxmut-Slavyansk magistral yolundakı əsas yaşayış məntəqəsidir.

NTV xəbər verir ki, bu barədə “Skelya” alayı “Teleqram” səhifəsində məlumat yayıb.

Məlumata görə, “Skelya” alayının hücum bölmələri sürətli və əlaqələndirilmiş əməliyyat keçirib və nəticədə Baxmut-Slavyansk magistral yolundakı əsas yaşayış məntəqəsi olan Minkovka təmizlənib.

Hərbçilər Rusiya qoşununun irəliləməsinin artıq dayandırıldığını və magistral yol boyunca vəziyyətin sabitləşdiyini bildiriblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM