satellite   Azerspace-1: 11135 H 30000

Rəcəb Tayyib Ərdoğan: Hərbi eskalasiya uzandıqca fəsadlar artır

Rəcəb Tayyib Ərdoğan: Hərbi eskalasiya uzandıqca fəsadlar artır

Yeni qlobal münasibətlər sistemində "qütb" rolunu hansı ölkələr oynayacaq? Məhz bu sualın cavabı hazırki böhranın mahiyyətini əks etdirir. Təəssüf ki, Türkiyənin yerləşdiyi region bir əsr əvvəl olduğu kimi, qarşıdurma mərkəzlərindən birinə çevrilib.

NTV xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 24-də Nazirlər Kabinetinin iclasından sonra keçirilən brifinqdə bildirib.

Türkiyə liderinin sözlərinə görə, rəsmi Ankara regional əməkdaşlıq amilinin xüsusi əhəmiyyət kəsb etdiyi müasir dövrün çağırışlarına yaxşı hazırlaşıb.

Prezident Ərdoğan bildirib ki, Türkiyə rəhbərliyi ölkəni gərginliyə və münaqişəyə sürükləməyə çalışanlara heç vaxt boyun əyməyəcək: “Yeni qlobal proseslərə hazırıq: enerji təhlükəsizliyimizi gücləndirmişik, nəqliyyat sektorunda əhəmiyyətli uğurlara imza atmışıq. Türkiyənin müasir infrastrukturu London ilə Çin arasında fasiləsiz dəmir yolu xəttinin formalaşmasında mühüm rol oynayır".

Onun sözlərinə görə, eyni zamanda aydındır ki, İran ətrafındaki hərbi eskalasiya uzandıqca fəsadları da artacaq: ‘Son 25 gündə yaşananlar göstərir ki, münaqişənın mənfi nəticlərini bütün bəşəriyyət hiss edəcək”.

Dövlət başçısı qeyd edib ki, hazırkı vəziyyətdə bütün ölkələr dialoqu bərpa etmək üçün ciddi səy göstərməlidir.

"Sülh tərəfdarı olan heç bir ölkə münaqişənin alovuna yağ tökməməlidir. Daha cəsarətli və proaktiv təşəbbüslərə ehtiyac var. Türkiyə regionda sülh və sabitlik üçün addımlar atmağa davam edəcək", - deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM