Martın 24-də Ukraynanın İvano-Frankovsk şəhəri də dron hücumuna məruz qalıb. İki doğum evinə ziyan dəyib, ölənlər var.
NTV xəbər verir ki, bu barədə İvano-Frankovsk meri Ruslan Martsinkiv “Teleqram”da məlumat verib.
Merin sözlərinə görə, hücum nəticəsində iki nəfər ölüb, dörd nəfər yaralanıb. Yaralananlar arasında altı yaşlı uşaq da var.
Hava hücumu zamanı şəhər və regional doğum evlərinin binaları, eləcə də təxminən 10 yaşayış binası zədələnib.
