satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstanda İnterpolun Baş Katibliyinin illik konfransı keçirilir - FOTOLAR

Gürcüstanda İnterpolun Baş Katibliyinin illik konfransı keçirilir<font color=red> - FOTOLAR</font> Gürcüstanda İnterpolun Baş Katibliyinin illik konfransı keçirilir<font color=red> - FOTOLAR</font> Gürcüstanda İnterpolun Baş Katibliyinin illik konfransı keçirilir<font color=red> - FOTOLAR</font>

Tbilisidə Gürcüstanda Daxili İşlər Nazirliyinin dəstəyi və İnterpolun Baş Katibliyinin təşkilatçılığı ilə Baş Katibliyin "MİLLENİUM" layihəsinin illik konfransı keçirilir.

 

NTV xəbər verir ki, tədbirdə 25 ölkədən 60 nümayəndə, o cümlədən ABŞ, Avstriya, Azərbaycan, Belçika, Bolqarıstan, Çexiya, Estoniya, Finlandiya, Almaniya, Polşa, İsrail, İtaliya, Ermənistan, Qazaxıstan, Fransa, Niderland və digər ölkələrdən nümayəndələr iştirak edir.

 

Gürcüstan daxili işlər nazirinin birinci müavini Roni Mesxi çıxış edərək transmilli cinayətkarlığa qarşı mübarizə kontekstində beynəlxalq əməkdaşlığın əhəmiyyətini qeyd edib. O, Gürcüstan ilə İnterpol arasında uzunmüddətli, nümunəvi tərəfdaşlığın olduğunu vurğulayıb.

 

İki gün davam edəcək konfransda transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə mövcud çətinliklər və beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə ediləcək.

 

Qeyd edək ki, İnterpol Baş Katibliyinin "MİLLENİUM" layihəsi transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizəni hədəfləyir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

16:34 25.03.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM