satellite   Azerspace-1: 11135 H 30000

Norveç və Kanada enerji böhranı fonunda neft hasilatını artırır

Norveç və Kanada enerji böhranı fonunda neft hasilatını artırır

İranın Hörmüz boğazında gəmiçiliyə qoyduğu məhdudiyyətlər nəticəsində yaranan neft və qaz çatışmazlığı fonunda Norveç və Kanada sabit bölgələrdən etibarlı enerji təchizatçıları olmağa çalışaraq neft və qaz hasilatını artırmağı planlaşdırır.

 

NTV  xəbər verir ki, Kanadanın enerji naziri Tim Hocson ölkənin vəziyyətdən yararlanmağa və qlobal bazarı alternativ təchizatla təmin etməyə hazır olduğunu bildirib. O, enerji təhlükəsizliyinin bu gün müttəfiqlər üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

 

“Kanada alternativ neft təchizatına olan tələbatı ödəmək üçün ideal mövqedədir və bazardakı rolunu gücləndirməyə hazırdır. Dünya çarəsiz vəziyyətdədir. Onun etibarlı təchizatçıya ehtiyacı var”, -deyə Hocson qeyd edib.

 

Norveç, öz növbəsində, 2030-cu ilə qədər beynəlxalq neft hasilatını 25 faiz artırmaq niyyətindədir. “Equinor” şirkətinin baş direktoru Anders Opedal bildirib ki, qarşıdakı illərdə Barens dənizindəki “Vistinq” yatağının işlənməsi də daxil olmaqla yeni layihələrin icrasına başlana bilər.

 

Lakin Norveçin Baş naziri Yonas Qar Störe qlobal bazarlardakı qeyri-sabitliyin iqtisadiyyata mənfi təsir göstərməsi fonunda bu ölkənin münaqişədən qazanc əldə etməsi iddialarını rədd edib.

 

“Biz bu müharibədən qazanc əldə etmirik. Norveç bütün müharibələrdən uduzur, çünki qlobal iqtisadiyyat əziyyət çəkir və bizim açıq iqtisadiyyatımız var. Pensiya fondumuz dünyanın müxtəlif bazarlarına investisiya qoyur və fond birjalarının düşməsi neftin qiymətlərinin artmasından daha əhəmiyyətlidir”, - deyə o bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

16:34 25.03.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM