satellite   Azerspace-1: 11135 H 30000

Abdulkadir Uraloğlu: Qara dənizdə neft tankerinə dron hücumu qəsdən törədilib

Abdulkadir Uraloğlu: Qara dənizdə neft tankerinə dron hücumu qəsdən törədilib

Qara dənizdə "ALTURA" neft tankerinə dron hücumu qəsdən törədilib.

NTV "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

"Gəminin mühərrik bölməsində partlayış baş verib, dəniz dronu ilə vurulduğunu düşünürük. Aidiyyəti qurumlar hadisə yerindədir", - deyə o qeyd edib.

Nazir bildirib ki, Rusiyada xam neft yüklənmiş, xarici ölkənin bayrağı altında üzən gəminin ekipaj heyətinin türk olduqları bilinir.

A.Uraloğlu həmçinin vurğulayıb ki, hücum gəmini tamamilə sıradan çıxarmaq məqsədi daşıyıb:

"Yəni qəsdən həyata keçirilib. Yaxın saatlarda dəqiq məlumat veriləcək".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM