satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə NATO missiyasının tərkibində xidmət edən hərbçilərini İraqdan çıxarıb

Türkiyə NATO missiyasının tərkibində xidmət edən hərbçilərini İraqdan çıxarıb

Türkiyənin NATO missiyasının tərkibində xidmət edən hərbçiləri İraqdan təxliyə olunub.

NTV xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zeki Aktürk mətbuat konfransında deyib.

Onun sözlərinə görə, qərar regionda son dövrdə baş verən hadisələr fonunda qəbul edilib.

Qeyd edək ki, NATO Yaxın Şərqdəki hadisələrə görə İraqdakı missiyasını çıxarıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM