satellite   Azerspace-1: 11135 H 30000

Çin orbitə 2 məsafədən zondlama peyki yerləşdirib

Çin orbitə 2 məsafədən zondlama peyki yerləşdirib

Çin eyni daşıyıcı raketlə orbitə 2 məsafədən zondlama peyki çıxarıb.

 

NTV xəbər verir ki, peykləri orbitə aparan “Uzun yürüş-2D” raketi Pekin vaxtı ilə səhər saat 6:51-də Şensi əyalətindəki Tayyuan məntəqəsindən buraxılıb. Raket “Siwei Gaojing-2 05” və “Siwei Gaojing-2 06” peyklərini planlaşdırılan orbitə yerləşdirib.

 

Çin Aerokosmik Elm və Texnologiya Korporasiyasının məlumatına görə, törəmə müəssisə olan Şanxay Kosmik Uçuş Texnologiyaları Akademiyası tərəfindən hazırlanan peyklər yüksəkdəqiqlikli radarlarla təchiz olunub və təbii sərvətlərin idarə edilməsi, ictimai təhlükəsizlik, fövqəladə hallara cavab, dəniz monitorinqi kimi əməliyyatlar üçün məlumat toplanması məqsədi ilə istifadə olunacaq.

 

Qeyd edək ki, bu, “Uzun yürüş” seriyasından 63-cü raket buraxılışı olub. Hündürlüyü 40,6, diametri 3,35 metr olan “Uzun yürüş-2D” raketi 251 ton qaldırma gücünə malikdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM