satellite   Azerspace-1: 11135 H 30000

Yanacağın bahalaşması Avropada işlənmiş elektromobillərə marağı artırıb

Yanacağın bahalaşması Avropada işlənmiş elektromobillərə marağı artırıb

Yaxın Şərqdə davam edən münaqişə Avropada avtomobil yanacağının bahalaşmasına səbəb olub.

 

NTV xəbər verir ki, bahalaşma işlənmiş elektromobillərə marağı artırıb. Norveçli ekspert Terje Dahlqren bildirir ki, işlənmiş avtomobil bazarı proseslərə daha tez reaksiya verir. Son bir ayda Avropa İttifaqında yanacağın orta qiyməti 12 faiz artaraq 1,84 avronu ötüb. Bəzi ölkələrdə yanacaq 2 avrodan bahadır.

 

Amsterdamda yerləşən “Olx” satış platformasının ekspertləri bildirirlər ki, son 2 həftədə elektrik mühərrikli avtomobillərin axtarışları Portuqaliyada 54 faiz, Fransada 50 faiz, Rumıniya və Polşada isə 40 faiz artıb.

 

Almaniyanın əsas avtomobil satış saytı olan “mobile.de”də elektromobil axtarışları martın sonunda 12 faizdən 36 faizə qalxıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM