satellite   Azerspace-1: 11135 H 30000

Xəzərin dayazlaşması Atırau şəhərində toz fırtınalarına səbəb olur

Xəzərin dayazlaşması Atırau şəhərində toz fırtınalarına səbəb olur

Mütəxəssislər Atırauda qeydə alınan toz fırtınalarını və palçıqlı yağışları Xəzər dənizinin dayazlaşması ilə əlaqələndirirlər.

NTV “Kazinform”a istinadən xəbər verir ki, Ekologiya Departamentinin rəis müavini Erlan Yesenovun sözlərinə görə, dəniz səviyyəsinin aşağı düşməsinə görə duz və narın qumun yığıldığı və əvvəllər su altında qalan ərazilər üzə çıxıb.

Sahil zonasında olan və toz fırtınalarına səbəb olan dörd ərazi müəyyən edilib, bu ərazilərdə bitki örtüyü, o cümlədən qamışlıq yoxdur.

Atırau vilayətinin akim müavini Jasulan Bisembiyev qeyd edib ki, havaya toz və duzun qalxmasını azaltmaq üçün nəmləndirmə texnologiyalarından istifadə imkanları nəzərdən keçirilir. Quru ərazilərin yaxınlığında kanallar keçir ki, bu da əkin zamanı suvarmanı təmin etməyə imkan verəcək.

 

Torpaq nümunələri seçilib, laborator tədqiqatlarına başlanılıb. Onların nəticələrinə əsasən tədbirlər planı işlənib hazırlanacaq. Akimat, Ekologiya Departamenti, Fövqəladə Hallar Departamentinin nümayəndələrinin və ətraf mühit mütəxəssislərinin daxil olduğu işçi qrupu yaradılıb. Xəzər dənizinin dayazlaşmış ərazilərinin hava monitorinqi aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM