satellite   Azerspace-1: 11135 H 30000

Hindistan aviaşirkətləri uçuşların sayını azaldır

Hindistan aviaşirkətləri uçuşların sayını azaldır

Hindistan aviaşirkətləri yaz-yay uçuş cədvəlində həftəlik uçuşların sayını təxminən 3 min azaldır.

NTV Hindistan mediasına istinadla xəbər verir ki, səbəb Yaxın Şərqdəki gərginliyin Hindistanın yanacaq təchizatına yaratdığı çətinliklərdir. Bildirilir ki, Hindistan aviaşirkətləri ötənilki yaz-yay cədvəlində həftədə 25 min 610 uçuş həyata keçirib ki, bu da 2024-cü ildən çox olub. Martın 29-dan başlayacaq və oktyabrın 31-dək davam edəcək builki yaz-yaz uçuş dövründə isə həmin rəqəm 22 min 600-ə düşəcək. Bu, 12 faiz azalma deməkdir.

 

Ekspertlər hesab edirlər ki, aviaşirkətlər yanacaq qiymətlərinin artması və Yaxın Şərqdə geosiyasi gərginlik davam edərsə, səyahət tələbatının zəifləyə biləcəyi ilə bağlı narahatlıqlar səbəbindən uçuşlarını azaldır. Bundan başqa, yanacağın qiymətləri artmağa davam edərsə, aviaşirkətlər aprel ayından etibarən tarifləri qaldıra bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM