satellite   Azerspace-1: 11135 H 30000

Əfqanıstanda daşqınlar nəticəsində 17 nəfər ölüb

Əfqanıstanda daşqınlar nəticəsində 17 nəfər ölüb

Əfqanıstanın bir neçə bölgəsində baş verən şiddətli daşqınlar və torpaq sürüşmələri 17 nəfərin həyatına son qoyub.

NTV-nin "The Associated Press"ə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarəsinin mətbuat katibi Yusuf Hammad bildirib.

Həmçinin qeyd olunur ki, əlverişsiz hava şəraitinin fəsadları nəticəsində 26 nəfər yaralanıb. Axtarış-xilasetmə əməliyyatları davam edir və ölənlərin sayı arta bilər.

Fəlakətin nəticələri Əfqanıstanın 34 əyalətindən 13-nə, əsasən qərb, mərkəzi və şimal-qərb ərazilərinə təsir edib.

"Şiddətli hava şəraiti həmçinin 147 evin tamamilə və ya qismən, 80 kilometr (təxminən 50 mil) yolun dağılmasına səbəb olub, əkin sahələrinə, suvarma kanallarına və müəssisələrə ziyan vurub", - Hammad deyib.

Meteoroloji proqnozlara görə, güclü yağışlar davam edəcək, ölkənin şərq və mərkəzi ərazilərində də daşqınlar mümkündür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM