Gərginliyin başlamasından bəri ABŞ və İsrail qüvvələrinin zərbələri nəticəsində İranda təxminən 21 min mülki şəxs yaralanıb.
NTV xəbər verir ki, bu barədə İran Qırmızı Aypara Cəmiyyəti məlumat yayıb.
Cəmiyyətin teleqram kanalında dərc etdiyi açıqlamada deyilir: “Ümumilikdə təxminən 21 mindən mülki şəxs yaralanıb, onlardan 1731-i 18 yaşdan kiçik, 4163-ü isə qadındır”.
Bəyanatda, həmçinin vurğulanır ki, münaqişə nəticəsinə ümumilikdə 214 uşaq və 244 qadın həlak olub.
