satellite   Azerspace-1: 11135 H 30000

Fransada inflyasiya göstəricisi açıqlanıb

Fransada inflyasiya göstəricisi açıqlanıb

Fransada inflyasiya mart ayında nəzərəçarpacaq dərəcədə artaraq illik müqayisədə 1,7 faizə çatıb.

NTV xəbər verir ki, bu barədə Fransa Statistika və İqtisadi Araşdırmalar üzrə Milli İnstitutu (INSEE) tərəfindən yayımlanan hesabatda bildirilir.

Rəsmi məlumatlara görə, fevral ayında inflyasiya 0,9 faiz təşkil etdiyi halda, martda bu göstərici əhəmiyyətli dərəcədə yüksəlib. INSEE bu artımı əsasən enerji qiymətlərindəki kəskin sıçrayışla izah edir. Belə ki, enerji qiymətləri illik əsasda 7,3 faiz artıb. Halbuki fevralda bu sahədə 2,9 faizlik azalma qeydə alınmışdı. Xüsusilə neft məhsullarının bahalaşması bu tendensiyada əsas rol oynayıb.

Bu artım Yaxın Şərqdə davam edən müharibə fonunda enerji bazarındakı qeyri-sabitliklə əlaqələndirilir və ümumi inflyasiyanın yüksəlməsinə təkan verir.

Aylıq müqayisədə də qiymət artımı müşahidə olunub. Mart ayında istehlak qiymətləri 0,9 faiz yüksəlib, fevral ayında isə bu göstərici 0,6 faiz olmuşdu. Beləliklə, Fransada inflyasiyanın yenidən sürətlənməsi əsasən enerji sektorundakı dəyişikliklərlə bağlıdır və iqtisadi mühitdə yeni təzyiqlərin formalaşdığını göstərir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM