satellite   Azerspace-1: 11135 H 30000

"Shell" Venesuelada qaz yatağının işlənilməsinə dair saziş imzalayıb

"Shell" Venesuelada qaz yatağının işlənilməsinə dair saziş imzalayıb

Böyük Britaniyanın "Shell" şirkəti Venesuela ilə Loran bloku qaz yatağının kəşfiyyatı və istismarının birinci mərhələsinə başlamaq barədə saziş imzalayıb.

NTV xəbər verir ki, bu barədə Venesuelanın dövlət telekanalı - VTV məlumat yayıb.

Sazişin imzalanmasında Venesuelanın Prezidenti səlahiyyətlərini icra edən Delsi Rodriqes iştirak edib. Hasil edilən xammalın həm daxili bazarın tələbatının ödənilməsinə, həm də ixraca yönəldilməsi planlaşdırılır.

Loran bloku yeddi yatağı birləşdirən böyük qaz aktivdir. Bu sahələrdən altısı coğrafi cəhətdən Venesuela və qonşu Trinidad və Tobaqo Respublikasının ərazisində yerləşir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM