Çin ABŞ və İranı Hörmüz boğazında gəmilərin təhlükəsiz hərəkətini bərpa etməyə çağırıb.
NTV "Xinhua" agentliyinə istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Lin Tszyan brifinqdə bildirib.
"Boğazdan normal və təhlükəsiz gəmiçiliyin ən qısa zamanda bərpa edilməsi beynəlxalq ictimaiyyətin ümumi istəyidir. Pekin vəziyyətin deeskalasiyasına töhfə vermək üçün yorulmaz səylər göstərəcək", - o qeyd edib.
