satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Senatı Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qanun layihəsini dəstəkləyib

ABŞ Senatı Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qanun layihəsini dəstəkləyib

ABŞ Senatı Rusiyaya qarşı əlavə sanksiyaların nəzərdə tutulduğu qanun layihəsinin müzakirəsinin davam etdirilməsini dəstəkləyib.

NTV xəbər verir ki, prosedur səsverməsi zamanı 82 senator qanun layihəsinin lehinə, 12 senator isə əleyhinə səs verib.

Məlumata görə, səsvermənin nəticələri qanun layihəsinin Senatda qəbul olunması üçün kifayət qədər geniş dəstəyin olduğunu göstərir.

Qanun layihəsi üzrə yekun səsvermənin dəqiq tarixi hələ açıqlanmayıb. Onun gələn həftənin əvvəlində keçirilməsi gözlənilir. Bundan sonra Senat avqustun 10-dan sentyabr ayınadək yay tətilinə çıxacaq.

Qanun layihəsinə Nümayəndələr Palatasında isə yalnız sentyabr ayında baxılması gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM