satellite   Azerspace-1: 11135 H 30000

Kallas İranı Rusiyaya hərbi dəstəyi dayandırmağa çağırıb

Kallas İranı Rusiyaya hərbi dəstəyi dayandırmağa çağırıb

Avropa diplomatiyasının rəhbəri Kaya Kallas İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığında Tehranı Rusiyaya hərbi dəstəyi dayandırmağa çağırıb.

NTV xəbər verir ki, Kallas telefon danışığının detallarını "X" sosial şəbəkə hesabında paylaşıb.

İrana Rusiyaya hərbi dəstəyini dayandırmaqla bağlı çağırışını bir daha təkrarladığını qeyd edən Avropa diplomatiyasının rəhbəri Moskvanın Ukraynada getdikcə daha çox mülki itkilərə səbəb olduğuna diqqət çəkib.

Kallas həmçinin Əraqçi ilə ukraynalı həmkarı Andrey Sibiqa arasında baş tutan telefon danışığını "ümidverici" adlandırıb və bu səyləri dəstəkləməyə hazır olduğunu qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM