satellite   Azerspace-1: 11135 H 30000

Yaponiyada bir həftədə 45 nəfər istilər səbəbindən ölüb

Yaponiyada bir həftədə 45 nəfər istilər səbəbindən ölüb

Yaponiyada iyulun 20-26-sı tarixlərində istilər nəticəsində 45 nəfər həyatını itirib.

NTV xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər və Kommunikasiyalar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həmin dövrdə istilərlə əlaqədar 18,6 minə yaxın şəxs xəstəxanaya çatdırılıb. Bu, əvvəlki həftə ilə müqayisədə 7,7 mindən çox artım olmaqla, 2026-cı ildə qeydə alınan ən yüksək göstəricidir.

Xəstəxanaya yerləşdirilənlərdən 710-dan çoxunun müalicəsi üç həftədən artıq davam edəcək. Zərərçəkənlərin təxminən 58 faizi 65 yaşdan yuxarı şəxslərdir.

Qeyd edək ki, Yaponiyada iyulun 21-dən etibarən beş gün ardıcıl olaraq bəzi bölgələrdə havanın temperaturu 40 dərəcəni ötüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM