satellite   Azerspace-1: 11135 H 30000

Antalyada yanğın 2 gündür davam edir

Antalyada yanğın 2 gündür davam edir

Türkiyənin Antalya vilayətinin Kaş rayonunun Üzümlü məhəlləsində meşəlik ərazidə baş verən yanğının söndürülməsi işləri ikinci gündür davam edir.

NTV yerli KİV-ə istinadən xəbər verir ki, yanğına 3 təyyarə, 8 helikopter, 18 yanğınsöndürən maşın, iş texnikası və 135 nəfərlik şəxsi heyətlə müdaxilə olunur.

Ərazinin sıldırım, maili və qayalıq olması yanğınsöndürmə qruplarının işini çətinləşdirib.

Qeyd edək ki, Manisa vilayətində zeytunluq və kolluq ərazidə baş verən yanğın isə nəzarət altına alınıb. Yanğın nəticəsində 40 hektar ərazi zərər görüb. Ərazidə soyutma işləri davam etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM