satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstanda beynəlxalq cinayətkar şəbəkənin silah qaçaqmalçılığı ilə məşğul olan 3 üzvü saxlanılıb

Gürcüstanda beynəlxalq cinayətkar şəbəkənin silah qaçaqmalçılığı ilə məşğul olan 3 üzvü saxlanılıb

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) qanunsuz odlu silah və sursat dövriyyəsi ilə məşğul olan beynəlxalq cinayətkar şəbəkənin 3 üzvünü saxlayıb.

NTV verir ki, bu barədə DTX məlumat yayıb.

Məlumata görə, istintaq zamanı müəyyən edilib ki, xarici ölkədə fəaliyyət göstərən iri cinayətkar qruplaşmalardan birinin üzvləri satış məqsədilə qanunsuz olaraq Gürcüstana odlu silah və sursat gətiriblər. Təhlükəsizlik xidməti əməkdaşları onları Tbilisidə keçirilən əməliyyat zamanı cinayət başında saxlayıblar.

Saxlanılan şəxslərin üzərində, nəqliyyat vasitələrində və müvəqqəti yaşadıqları ünvanlarda aparılan axtarışlar zamanı qanunsuz odlu silahlar, döyüş sursatı, ehtimal olunan narkotik maddələr, eləcə də satış üçün hazırlanmış elektron qurğular maddi sübut kimi götürülüb.

DTX bildirib ki, elektron daşıyıcıların ilkin yoxlanışı zamanı müxtəlif cinayət əməllərini, o cümlədən xüsusilə külli miqdarda narkotik vasitələrin satışı ilə bağlı foto və video materiallar aşkarlanıb. Müsadirə edilmiş bütün maddi sübutlar ekspertizaya göndərilib.

Qurumun məlumatına görə, beynəlxalq cinayətkar şəbəkənin digər üzvlərinin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 5-ci hissəsi ilə aparılır. Həmin maddə 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM