satellite   Azerspace-1: 11135 H 30000

"İsgəndər-M" ballistik raketi Ukraynada fərdi evə düşüb, ölənlər var

"İsgəndər-M" ballistik raketi Ukraynada fərdi evə düşüb, ölənlər var

Ukraynanın kütləvi atəşə tutulması nəticəsində Dnepropetrovsk vilayətinin Krivoy Roq rayonunda çoxuşaqlı ailə həlak olub.

NTV xəbər verir ki, bu barədə Krivoy Roq hərbi administrasiyasının rəhbəri Aleksandr Vilkul "Telegram"da məlumat yayıb.

Onun sözlərinə görə, Rusiyanın Voronej vilayəti ərazisindən atılmış "İsgəndər-M" ballistik raketi Raduşnoye qəsəbəsindəki fərdi evə düşüb.

Zərbə nəticəsində altı nəfər - dörd böyük, 5 və 12 yaşlı iki uşaq (qızlar - red.) həlak olub.

Daha səkkiz nəfər yaralanıb, onların arasında iki uşaq - 6 və 15 yaşlı oğlanlar var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Şahbuzda zəlzələ olub

12:25 04.08.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM