satellite   Azerspace-1: 11135 H 30000

ABŞ gecə boyu İranın bir sıra bölgəsinə aviazərbələr endirib

ABŞ gecə boyu İranın bir sıra bölgəsinə aviazərbələr endirib

ABŞ aviazərbələri nəticəsində İranın bir neçə bölgəsində, xüsusilə cənub hissəsində partlayış səsləri eşidilib.

NTV "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, təkcə 3 partlayış Qeşm adasında, xüsusilə şəhərdə, həmçinin Kiş, Əbu Musa adasında baş verib.

ABŞ-nin Qeşm şəhərində yerləşən yaşayış binasına endirdiyi zərbədən sonra bir neçə nəfərin dağıntılar altında qaldığı bildirilir. Onlardan ikisi xəstəxanaya yerləşdirilib. Hazırda yerli qurumların əməkdaşları digər şəxslərin dağıntılar altından çıxarılmasına çalışır.

Bununla yanaşı, Buşehrdə də partlayışlar baş verib. Həmçinin liman şəhəri olan Bəndər Abbasda 2 partlayış olduğu deyilir.

Bundan başqa, Xuzistan vilayətinin Əhvaz, Şadegan, Arvəndkənar və Abadan şəhərlərindəki bir neçə məntəqədə ABŞ zərbələri qeydə alınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Şahbuzda zəlzələ olub

12:25 04.08.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM