satellite   Azerspace-1: 11135 H 30000

Rusiya Kiyevə raket zərbələri endirib, dağıntılar var - YENİLƏNİB - FOTOLAR

Rusiya Kiyevə raket zərbələri endirib, dağıntılar var<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font> Rusiya Kiyevə raket zərbələri endirib, dağıntılar var<font color='red'> - YENİLƏNİB</font><font color=red> - FOTOLAR</font>

Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyev şəhərinə endirdiyi zərbələr dağıntılara səbəb olub.

NTV-nin  məlumatına görə, Kiyev şəhər meri Vitali Kliçko bildirib ki, hava zərbələri nəticəsində Svyatoşin və Obolon rayonlarında yanğın baş verib.

Yerli "Teleqram" səhifələrinin yaydığı məlumata görə, hava zərbəsi zamanı metronun "Poçayna" stansiyasının girişi dağılıb.

Rusiya, Kiyevdən başqa Dnepr, Krivoy Roq, Kropivnitski, Vinnitsa, Sumı, Xarkov şəhərlərinə də hava zərbələri endirib.

Hava həyacanı siqnalı iki saata yaxındır ki, davam edir.

02.27

İyulun 30-na keçən gecədən başlayaraq Rusiya ordusu Ukraynanın paytaxtı Kiyev şəhərinə çoxkombinasiyalı hava zərbələri endirir.

NTV-nin məlumatına görə, şəhərdə güclü partlayış səsləri eşidilir.

Hava hücumundan müdafiə sistemi aktiv işə düşüb. Hava hücumu zamanı ballistik və qanadlı raketlərdən, həmçinin zərbə dronlarından istifadə edilir. Xilasedicilər hücumun fəsadlarının aradan qaldırılmasına çalışırlar. Hazırda hava zərbələri davam edir.

Kiyev şəhər sakinləri kütləvi şəkildə sığınacaq kimi metro stansiyalarından və yeraltı parkinqlərdən istifadə edirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Şahbuzda zəlzələ olub

12:25 04.08.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM