satellite   Azerspace-1: 11135 H 30000

Nazir: Türkiyədəki meşə yanğınlarının xeyli hissəsi nəzarət altına alınıb

Nazir: Türkiyədəki meşə yanğınlarının xeyli hissəsi nəzarət altına alınıb

Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı ölkənin müxtəlif bölgələrində baş verən meşə yanğınları ilə bağlı açıqlama verib.

NTV xəbər verir ki, nazir Türkiyənin müxtəlif bölgələrində yanğınlarla mübarizənin qətiyyətlə davam etdiyini bildirib.

Onun sözlərinə görə, Türkiyənin Yalova, Çanaqqala və Kütahya vilayətlərində baş verən yanğınlar tamamilə nəzarət altına alınıb. Muğla, Antalya, Balıkesir və Çanaqqalanın Ayvacık rayonundakı yanğınların xeyli hissəsi söndürülüb.

Antalyanın Alanya bölgəsindəki yanğına isə müdaxilə davam edir.

Qeyd edək ki, yanğınların baş verdiyi bölgələrdən yüzlərlə insan və böyük baş heyvan təxliyə edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Şahbuzda zəlzələ olub

12:25 04.08.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM