satellite   Azerspace-1: 11135 H 30000

Ukraynanın Krivoy-Roq və Lvov şəhərləri raket hücumlarına məruz qalıb - FOTOLAR

Ukraynanın Krivoy-Roq və Lvov şəhərləri raket hücumlarına məruz qalıb<font color=red> - FOTOLAR</font> Ukraynanın Krivoy-Roq və Lvov şəhərləri raket hücumlarına məruz qalıb<font color=red> - FOTOLAR</font>

Ukraynanın Krivoy-Roq şəhərinin kənarındakı kəndə Rusiyanın Voronej vilayətindən atılan “İsgəndər-M” ballistik raketi çoxuşaqlı bir ailənin yaşadığı fərdi evə dəyib. Nəticədə altı nəfər, o cümlədən 5 və 12 yaşlı qızlar həlak olublar.

NTV bu barədə Krivoy-Roq Müdafiə Şurasının rəhbəri Aleksandr Vilkula istinadla xəbər verir.

Raket zərbəsi nəticəsində daha səkkiz nəfər, o cümlədən iki uşaq yaralanıb.

Xilasetmə əməliyyatı davam edir və dağıntılar hələ də təmizlənir. Qurbanlara lazımi yardım göstərilir. Vilkulun sözlərinə görə, ölənlərin sayı arta bilər.

İyulun 30-u gecəsi Rusiyanın raket hücumu nəticəsində Lvovda yaralanan sakinlərin sayı 25-ə çatıb. Bu barədə Lvov meri Andrey Sadovyi “Telegram”da məlumat verib. O bildirib ki, Lvov yerli vaxtla saat 04:45 radələrində raket hücumuna məruz qalıb. Patona və Vıqovski küçələrində iki yaşayış binasına daha çox ziyan dəyib.

Xilasedicilər dağıntılar altından insanları çıxarmağa davam edirlər. Ümumilikdə 20-dən çox yaşayış binası, bir məktəb və iki uşaq bağçası zərər görüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM