Pakistanın Xayber-Paxtunxva əyalətinin Hangu rayonunda polis məntəqəsinə silahlı hücum nəticəsində 9 polis əməkdaşı həlak olub.
NTV Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, polis hücumun qarşısını alıb. Qarşıdurma zamanı 15 silahlı zərərsizləşdirilib, bir neçə nəfər yaralanıb.
Hazırda ərazidə təhlükəsizlik əməliyyatı davam etdirilir.
