satellite   Azerspace-1: 11135 H 30000

Rusiya MN: RF səmasında Ukraynanın 258 dronu məhv edilib

Rusiya MN: RF səmasında Ukraynanın 258 dronu məhv edilib

Rusiya Müdafiə Nazirliyi gecə ərzində Ukraynanın 258 pilotsuz uçuş aparatının məhv edildiyini bildirib.

NTV xəbər verir ki, dronlar Volqoqrad, Penza, Rostov və Tambov vilayətləri, Adıgey Respublikası, eləcə də Azov və Qara dənizlər üzərində ələ keçirilib.

Penza vilayətinin qubernatoru Oleq Melniçenko bildirib ki, “Wildberries” anbarına dron hücumu nəticəsində bir nəfər xəsarət alıb, 200-dən çox insan təxliyə edilib. Logistika kompleksində yanğın baş verib və təcili yardım bölmələri onu söndürməyə başlayıb.

Penza meri Oleq Denisov yanğından çıxan tüstünün şəhərə yayıla biləcəyi barədə xəbərdarlıq edib və sakinlərə pəncərələrini bağlamağı, açıq havada az vaxt keçirməyi, ev heyvanları ilə gəzintiləri məhdudlaşdırmağı tövsiyə edib.

“Wildberries” şirkətinin mətbuat xidməti bildirib ki, dron hücumu şirkətin Sarapulda (Udmurtiya) yerləşən logistika obyektində də yanğına səbəb olub. İlkin məlumatlara görə, tələfat yoxdur.

Bundan əlavə, Krasnodar diyarının əməliyyat qərargahı bildirib ki, dron qalıqları düşdükdən sonra Temryuk rayonunun Volna kəndindəki müəssisədə yanğın baş verib. İlkin məlumatlara görə, dörd nəfər yaralanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM