satellite   Azerspace-1: 11135 H 30000

Almaniyada bu il isti hava səbəbilə 10 minə yaxın adam ölüb

Almaniyada bu il isti hava səbəbilə 10 minə yaxın adam ölüb

Almaniyada anomal isti hava şəraiti bu ilin əvvəlindən indiyədək təxminən 10 min nəfərin ölümünə səbəb olub.

NTV xəbər verir ki, bu barədə Almaniyanın Səhiyyə Nazirliyinə tabe olan Robert Kox İnstitutu məlumat yayıb.

İnstitutun hesabatına əsasən, iyulun 19-na olan vəziyyətə görə istilərlə əlaqəli ölüm hallarının sayı 9 800-ə çatıb. Bu, 2016-cı ildən etibarən aparılan statistika üzrə ən yüksək göstəricidir.

Hesabatda qeyd olunub ki, iyunun sonunda Almaniyada müşahidə edilən yüksək temperatur həmin ay üçün iqlim baxımından qeyri-adi hal hesab olunur.

Tibbi məlumatların təhlili göstərib ki, ölüm hallarının əksəriyyəti uzunmüddətli ekstremal istilərin fəsadları ilə bağlı olub. Statistikaya günvurma, eləcə də orqanizmin həddindən artıq qızması nəticəsində yaranan kəskin ürək-damar və tənəffüs çatışmazlığı halları daxildir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM