satellite   Azerspace-1: 11135 H 30000

Dunay çayında suyun səviyyəsinin enməsi mamont qalıqlarını üzə çıxarıb

Dunay çayında suyun səviyyəsinin enməsi mamont qalıqlarını üzə çıxarıb

Bolqarıstanın Ruse vilayətində Dunay çayında suyun səviyyəsinin aşağı düşməsi nəticəsində mamonta aid olduğu ehtimal edilən qalıqlar tapılıb.

NTV Bolqarıstanın BTA informasiya agentliyinə istinadla xəbər verir ki, Ruse Regional Tarix Muzeyinin mütəxəssisləri alt çənə, iki diş və qabırğa sümüyü aşkarlayıblar. Bildirilib ki, qalıqlar muzeyə aparılacaq və onların hansı mamont növünə aid olduğu araşdırılacaq.

Mütəxəssislər heyvanın məhz həmin ərazidə tələf olduğunu ehtimal edirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM