satellite   Azerspace-1: 11135 H 30000

Gürcüstana külli miqdarda qızılın qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısı alınıb

Gürcüstana külli miqdarda qızılın qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısı alınıb

Türkiyə-Gürcüstan sərhədindəki Sarpi keçid məntəqəsində qaçaqmalçılıq yolu ilə Gürcüstana külli miqdarda qızıl-zinət əşyalarının gətirilməsinin qarşısı alınıb, 1 nəfər saxlanılıb.

NTV xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb.

Bildirilib ki, Gürcüstan Baş Prokurorluğunun koordinasiyası ilə Maliyyə Nazirliyinin İstintaq Xidməti və Gəlir Xidmətinin Gömrük Departamenti tərəfindən birgə həyata keçirilən yoxlama zamanı Gürcüstan vətəndaşının idarə etdiyi avtomobildə müxtəlif əşyalarda gizlədilmiş şəkildə gömrük dəyəri 246 min 857 lari olan 1215,52 qram qızıl-zinət əşyası aşkar edilərək götürülüb.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 214-cü maddəsinin 2-ci hissəsi (gömrük sərhədindən xüsusilə külli miqdarda malların qanunsuz keçirilməsi) ilə aparılır. Həmin maddə 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM