satellite   Azerspace-1: 11135 H 30000

Paşinyan: Türkiyə ilə normallaşma üzrə yeni xüsusi nümayəndə təyin edəcəyik

Paşinyan: Türkiyə ilə normallaşma üzrə yeni xüsusi nümayəndə təyin edəcəyik

Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesində Ermənistanın yeni xüsusi nümayəndəsinin namizədliyinin irəli sürülməsi məsələsi müzakirə mərhələsindədir.

NTV yerli mediaya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

"Xüsusi nümayəndə ilə bağlı qərar hələ qəbul edilməyib. Türkiyə ilə ünsiyyət formatında müvafiq qərarlar qəbul etmək üçün işi necə, hansı məntiqlə və hansı formatda davam etdirəcəyimizi müəyyənləşdirməliyik. Hazırda bu məsələ ilə bağlı müzakirələr aparılır", - N.Paşinyan bildirib.

Qeyd edək ki, Ermənistan tərəfinin sabiq xüsusi nümayəndəsi Ruben Rubinyan "Vətəndaş Müqaviləsi" partiyası tərəfindən 9-cu çağırış Ermənistan parlamentinin spikeri postuna namizəd irəli sürülüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM