satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna Krımda kater bazasına, dörd tankerə və HHM obyektlərinə zərbə endirib

Ukrayna Krımda kater bazasına, dörd tankerə və HHM obyektlərinə zərbə endirib

Ukrayna Silahlı Qüvvələri son sutka ərzində Krımdakı pilotsuz kater bazasına, Qara və Azov dənizlərində dörd neft tankerinə, həmçinin beş hava hücumundan müdafiə sisteminə zərbə endirdiyini açıqlayıb.

NTV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələri məlumat yayıb.

Məlumata görə, son 24 saat ərzində Krımda yerləşən pilotsuz katerlərin bazası, Qara və Azov dənizlərində dörd neft tankeri, beş hava hücumundan müdafiə (HHM) sistemi və pilotsuz uçuş aparatlarının buraxılış meydançası hədəfə alınıb.

Bildirilib ki, Ukrayna qüvvələri iyul ayı ərzində ümumilikdə Rusiyaya məxsus 30 hava hücumundan müdafiə sisteminin elementini sıradan çıxarıb.

Qeyd olunub ki, 2026-cı il iyulun 6-da başlanan əməliyyatdan bəri zərbə endirilən neft tankerlərinin sayı 205-ə çatıb. Onlardan 130-u Azov dənizində, 75-i isə Qara dənizdə vurulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM