satellite   Azerspace-1: 11135 H 30000

Rusiya Dnepropetrovska zərbələr endirib, iki nəfər ölüb, üç nəfər yaralanıb

Rusiya Dnepropetrovska zərbələr endirib, iki nəfər ölüb, üç nəfər yaralanıb

Rusiyanın Ukraynanın Dnepropetrovsk vilayətinin Nikopol rayonuna endirdiyi zərbələr nəticəsində iki nəfər ölüb, daha üç nəfər yaralanıb.

NTV Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Xilasedicilər zərərçəkənlərdən birini təhlükəli zonadan təxliyə edərək tibb müəssisəsinə çatdırıblar. Hücumlar nəticəsində müəssisə və avtomobillər zədələnib.

Eyni zamanda, Dnepr, Pavloqrad və Sinelnikovo rayonları da zərbələrə məruz qalıb, orada qida sənayesi müəssisəsinin və kənd sovetinin binaları, təhsil müəssisəsi, fərdi evlər və mağazalar zədələnib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM