satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə meşə yanğınları zamanı dəyən zərərin qiymətləndirilməsinə başlanılıb

Türkiyədə meşə yanğınları zamanı dəyən zərərin qiymətləndirilməsinə başlanılıb

Son bir neçə gündə Türkiyədə baş verən meşə yanğınlarının nəzarət altına alındığı ərazilərdə zərərin qiymətləndirilməsi işlərinə başlanılıb.

NTV xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum bildirib.

Nazir deyib ki, aparılan ilkin araşdırmalara görə, Antalya, Muğla və Balıkesir vilayətlərində baş verən yanğınlar nəticəsində 65 yaşayış və ya qeyri-yaşayış obyektinə zərər dəyib.

Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı isə Muğlanın Fethiye rayonundakı meşə yanğınının tamamilə nəzarət altına alındığını, Balıkesirin Gömeç, Antalyanın Alanya, Mersinin Gülnar-Aydıncık rayonlarında isə yanğınların məhdudlaşdırıldığını bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM